Türkiyədə iki yeraltı təkan qeydə alınıb

A- A A+

Türkiyənin İzmir vilayətinin Menderes rayonunda bir neçə dəqiqə ara ilə iki yeraltı təkan qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələlər yerli vaxtla saat 14:14-də 4.3, 14:18-də 4.2 bal gücündə baş verib.

Zəlzələnin ocağı yerin 10.68 və 13.1 kilometr dərinliyindədir.

Yeraltı təkanlar başda İstanbul olmaqla bir sıra ətraf rayonlarda da hiss edilib.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: