Türkiyə “AKINCI S-1” adlı yeni pilotsuz uçuş aparatının sınaq uçuşunu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar tvitter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, uçuş uğurlu olub.
S.Bayraktar “AKINCI S-1”in kütləvi istehsalına başlandığını bildirib.
Qeyd edək ki, yeni PUA-nı “Baykar makina” şirkəti istehsal edəcək.