Sərhədlərin dəqiqləşdirilməsi həm Azərbaycan, həm də Ermənistan üçün lazımdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətinin iclasında deyib.
“Bölgənin sabitləşməsi bizim üçün vacibdir. Sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan üçün olduğu qədər Ermənistan üçün də lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi, müəyyən edilməsi, hansısa bir mərhələdə demarkasiya və delimitasiya təhlükəsizliyin vacib zəmanətidir”, - deyə Paşinyan bildirib.
O, əlavə edib ki, bu, asan proses deyil: "Bölgəmizdə bu prosesi tamamlayan ölkə yoxdur”.
Paşinyanın sözlərinə görə, hökumətin prioritetlərindən biri də regional kommunikasiyaların açılmasıdır.