Türkiyənin Elazığ əyalətində zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:09-da Sivrice rayonunda 3,8 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 9,8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunub.