Türkiyədə zəlzələ baş verib

A- A A+

Türkiyənin Malatya vilayətinin Battalqazi rayonunda 4.3 bal gücündə yeraltı təkan qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələlər yerli vaxtla saat 19:20-də baş verib. Onun ocağı yer səthindən 6.97 kilometr dərinlikdə olub.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: