Eynşteynin məşhur formulunun yazıldığı məktub hərracda 1,2 milyon dollara satılıb

A- A A+

Albert Eynşteynin məşhur E = mc2 formulunun yazıldığı məktubu “RR Auction” satış evinin təşkil etdiyi hərracda 1,2 milyon dollardan baha satılıb ki, bu da gözlənilən məbləğdən üç dəfə çoxdur.

NUHÇIXAN İnformasiya Agentliyi Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hərracda fizikin məktubunu alan şəxsin adı açıqlanmır.

Kaliforniya Texnologiya İnstitutu və Qüdsdə yerləşən Yəhudi Universitetinin əməkdaşları məşhur fizikin öz əli ilə yazdığı bu formulun cəmi dörd nüsxəsinin məlum olduğunu iddia edirlər. Hərraca çıxarılan nüsxə ictimaiyyətə ilk dəfə təqdim olunur. Kütlə və enerjinin ekvivalentliyi formulunun yazıldığı məktubun hərracdakı ilkin qiyməti təxminən 400 min dollar təşkil edirdi.

Fizik Lüdviq Zilberşteynə ünvanlanan bir səhifəlik məktub 1946-cı il oktyabrın 26-da alman dilində yazılıb. Qeyd edək ki, Lüdviq Zilberşteyn Albert Eynşteynin bəzi nəzəriyyələrinin tanınmış əleyhdarı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: