Ermənistan hakimiyyətinin cinayətkar siyasəti sayəsində ordu qat-qat üstün qüvvəyə qarşı mübarizə apardı - Ter-Petrosyan
Ermənistan hakimiyyətinin cinayətkar siyasəti sayəsində ordu qat-qat üstün qüvvəyə qarşı mübarizə apardı.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
Onun sözlərinə görə, 44 günlük Qarabağ müharibəsində məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır. Bu məğlubiyyətdə hazırkı hökumət başçısının sələfləri də təqsirkardır.
L.Ter-Petrosyan bildirib ki, N.Paşinyanı ittham edənlər həqiqətin hamısının səsləndirmir: "1997-ci ildən başlayaraq Ermənistandakı bütün siyasi qüvvələr Qarabağda status-kvonun saxlanması və bütün kompromislərdən imtina siyasətini yürütdülər, nəticədə ölkəni bugünkü faciəyə gətirib çıxardılar. İndi isə bütün bunlarda Paşinyanı günahlandırırlar. Ermənistan hakimiyyətinin cinayətkar siyasəti sayəsində ordu özünü qat-qat üstələyən qüvvəyə qarşı mübarizə apardı".