Ermənistan ordusunun daha bir əsgəri həlak olub

A- A A+

Ermənistanda hərbi qulluqçu həlak olub.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi “News.am”a istinadən xəbər verir.

Agentliyin Ermənistanın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, hadisə dünən saat 17:40-da baş verib. Qeyd edilir ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Mkrtiç Ovanisyan güllə yarasından ölüb. Hadisənin odlu silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı təhqiqat aparılır.

Ermənistan mətbuatı daha əvvəl əsgərin müəmmalı şəraitdə həlak olması barədə məlumat yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: