Mayın 25-də gecə saat 1:43-də Gürcüstanda zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar Kazbeqi rayonunun Bokçvilo rayonu ərazisində 4,9 bal gücündə olub.
Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.