Ermənistan hakimiyyəti yüksək rütbəli hərbçilərin narazılığını azaltmaq üçün onları yüksək vəzifələrə təyin etməklə satın alır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.
Qeyd olunur ki, Edvard Asryanın silahlı qüvvələrin baş qərargah rəisinin müavini təyin olunması da məhz bu məqsədi daşıyır.
Bildirilir ki, parlament seçkiləri ərəfəsində Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi 44 nəfər yüksək rütəbli hərbçini dəvət edərək onlara yeni vəzifələr təklif edib. E.Asryan da həmin hərbçilər arasında yer alıb.