ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putinlə iyunun 16-da Cenevrədə görüşəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Əldə olunmuş razılaşmaya əsasən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iyunun 16-da Cenevrədə ABŞ Prezidenti Cozef Baydenlə görüş keçirəcək”, - məlumatda belə deyilir.
Xatırladaq ki, bir müddət əvvəl Cozef Bayden Rusiya liderinə üçüncü ölkənin ərazisində sammit keçirməyi təklif etmişdi.