Ermənistan Müdafiə Nazirliyinin əsgər ölümü ilə bağlı yalanı üzə çıxdı

A- A A+

Ermənistan ordusunun əsgəri Mher Ovannisyanın intiharı ilə bağlı cinayət işi qaldırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, hərbi qulluqçu mayın 25-də saat təxminən 12:55 radələrində xidmət etdiyi hərbi hissədə “AKM” markalı avtomat silahdan başına atəş açaraq özünü öldürüb.

“Hərbi qulluqçu “Noemberyan” tibb mərkəzinə çatdırılıb və orada onun ölümü qeydə alınıb”, - komitənin xəbərində bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi hadisənin odlu silahla ehtiyatsız davranma nəticəsində baş verməsi barədə məlumat yayıb. Lakin İstintaq Komitəsi əsgərin intihar etdiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: