Türkiyədə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:37-də Erzincanda 4,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 7,3 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss edilib. Dağıntı və ya tələfat qeydə alınmayıb.