Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın oğlu Aşot yenidən gündəmə gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Paşinyanın oğlunun hərbi xidmətdə olması ilə bağlı yerli mediada sensasion məlumat yayılıb.
Daha doğrusu, telekanallardan birində qonaq olan Artur Ayvazyan adlı könüllü döyüşçü iddia edib ki, İkinci Qarabağ müharibəsi zamanı xeyli sayda əsgər məhz Aşot Paşinyana görə məhv olub.
"Paşinyanın oğlunu Cəbrayıldan çıxarmaq üçün İcan alayından 1200 nəfər öldü. Bu, xəyanətdir. Bu insanlar döyüşlərə zirehli maşınlar olmadan, hava hücumundan müdafiə sistemləri qurulmadan göndərildilər, qırğının qabağına verildilər", - deyə Artur Ayvazyan bildirib.
Qeyd edək ki, bu günlərdə Nikol Paşinyan oğlu Aşot Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı sıravi əsgərlərlə birlikdə xidmət apardığını demişdi. Erməni cəmiyyətində narazılığa səbəb olan bu açıqlamadan sonra bir çox ictimai-siyasi xadimlər Aşotun döyüş bölgəsində olmadığını, yayılan xəbərlərin şou xarakteri daşıdığını vurğulayıblar.