Ermənistanın eks-prezidenti Robert Koçaryan respublikanın 103 illiyi münasibətilə xalqa ünvanladığı müraciətdə ölkəsində dövlət institutlarının təhlükə altında olduğunu deyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Koçaryan İrəvandakı mövcud gərgin vəziyyətin yalnız daxili siyasi problemə çevrilmədiyini, artıq dövlətçilik böhranı ilə üz-üzə qaldıqlarını etiraf edib.
"Bir millət olaraq dövlətçiliyi xilas etmək zərurəti ilə qarşılaşırıq. 28 may 1918-ci ildən bu günə qədər indikindən daha az çətin anlar yaşamışıq",- deyə sabiq prezident bildirib.