XİN: Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafı üzərində işimizi davam etdiririk
28 May - Respublika Günü münasibətilə Azərbaycanı səmimi qəlbdən təbrik edirik. Dost Azərbaycan xalqına sülh, uğurlar və firavanlıq diləyirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi tviter səhifəsində Azərbaycanın Respublika Günü ilə bağlı təbrikində qeyd edib.
Ukrayna XİN bəyan edib ki, iki ölkə arasında strateji münasibətlər inkişaf edir:
“Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafı üzərində işimizi davam etdiririk”, - deyə XİN-in təbrikində əlavə edilib.