Ermənistandakı vəziyyət vətəndaş müharibəsinə çevrilmək təhlükəsindədir, ölkəni kədərli günlər gözləyir.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
Onun sözlərinə görə, seçkilər ərəfəsində əsas rəqiblər, baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla sabiq prezident Robert Koçaryan arasında kəskin ziddiyyət mövcuddur.
"Bu düşmənçiliyin qarşısı alınmasa, baş verəcəkləri təsəvvür etmək belə dəhşətlidir. Hər iki tərəf ölüm-qalım məsələlərini həll edir"
L.Ter-Petrosyan əlavə edib ki, Ermənistan tezliklə prezident idarəetmə formasına keçməlidir.