İranda 5 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 165 min sakini olan Buşehr şəhərindən təqribən 82 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib
İtki və dağıntı barədə məlumat verilməyib.