Minlərlə cəsəd soyuducuda gizlədilib - Erməni hərbçilərin ailələri etiraz edir - VİDEO

A- A A+

Ermənistanda itkin düşən hərbçilərin qohumları etiraz aksiyası keçirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, etirazçılar bir sıra küçələri bağlayıblar. Bildirilib ki, səlahiyyətli şəxslər Qarabağda ölən erməni hərbçilərin cəsədlərini uzun müddət soyuducuda gizlədiblər.

Valideynlər onlara verilən rəsmi məlumatları araşdırdıqdan sonra Qarabağda cəsədlərin axtarışı zamanı meyitxanaya daxil olanların sayından daha az cəsəd tapıldığını aşkar ediblər.

Etirazçıların sözlərinə görə, dövlət qurumları çoxsaylı itkiləri cəmiyyətə bəyan etməmək üçün cəsədləri soyuducuda gizlədib.

Valideynlər bütün vətəndaşları onlara qoşulmağa çağırıb.

Qeyd edək ki, müharibənin ilk günlərindən “qazandıq” seriyalı yalanları pozmamaq üçün minlərlə cəsədin "Spayka" şirkətinin soyuducularında saxlanıldığı barədə məlumatlar var idi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: