Ermənistan silahlı qüvvələrinə məxsus yük avtomobilinin sürücüsünün Gorus rayonu ərazisində idarəetməni itirməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi Erməni KİV-lərinə istinadla xəbər verir ki, hadisə yerinə bir neçə təcili yardım maşını cəlb edilib. “Ural” markalı, 3177 dövlət nömrə nişanlı hərbi yük avtomaşınının aşması nəticəsində 10 nəfərədək hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisələrinə yerləşdirilib.
Hadisə nəticəsində yaralanan hərbi qulluqçular Emil Ağamalyan və Vağaş Soqomonyanın vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, qəzaya sürücünün spirtli içki qəbul etməsi səbəb olub.
Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.