Ermənistan ordusunda COVID-19 infeksiyasına qarşı mübarizənin nəzarətsiz qalması dözülməz vəziyyət yaradıb

A- A A+

Ermənistan ordusunun Gorus rayonunda dislokasiya olan bölmələrindən birində əsgərlər arasında COVID-19 infeksiyası sürətlə yayılıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadla xəbər verir ki, hərbi qulluqçular K.Gevorkyan və D.Petrosyan koronavirusa yoluxduqlarından bir neçə gündür yüksək temperaturdan əziyyət çəkirlər. Lakin postlarda şəxsi heyət çatışmadığından onlar tibb müəssisəsinə göndərilmir. Əsgərlərə hərarət endirən və ağrıkəsici iynələr vuraraq, onları yenidən postda qalxıb xidmət aparmağa məcbur edirlər.

Dözülməz vəziyyətlə üzləşən əsgərlər belə davam edərsə, ya fərarilik, ya da özlərinə qəsd edəcəklərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: