Türkiyədə koronovirusla mübarizə tədbirləri yeni qaydalarla davam etdiriləcək

A- A A+

İyunun 1-dən etibarən Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılmasına start veriləcək. Ötən bir il yarımda Türkiyə COVID-19 virusuna qarşı bütün formalarda mübarizə aparıb. Peyvəndləmə prosesində dünyadakı ilk on ölkə sırasına daxil olunub. İyun ayında peyvəndləmə prosesi bütün imkanların səfərbərliyi ilə daha da genişləndiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib. Dövlət başçısı bildirib ki, iyun ayında “Evdə qal!” rejimi həftənin ilk beş günü saat 22:00-dan ertəsi gün saat 05.00-dək, həftənin şənbə günləri tətbiq olunan eyni qayda həmin saatda başlayıb bazar ertəsi saat 05.00-dək qüvvədə olacaq. İyul ayında normallaşma prosesi gündəlik yoluxma vəziyyətinə uyğun tənzimlənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: