"Ermənistanda parlament respublikası sistemini tətbiq etmək cəhdi baş tutmadığı üçün hakimiyyət sistemi dəyişdirilməli, baş nazirin səlahiyyətləri azaldılmalıdır".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiyanın “RBK” kanalına müsahibəsində sabiq prezident Robert Koçaryan bildirib.
“Ermənistanın əvvəlki prezidentlərindən heç biri hazırkı baş nazir qədər səlahiyyətlərə malik olmayıb. Bu, yolverilməzdir”, - o deyib.
Keçmiş ölkə başçısının fikrincə, parlament respublikası sisteminin tətbiqi səhv addım olub.
Xatırladaq ki, Ermənistan Konstitusiyasına müvafiq düzəlişlər 2015-ci ildə aparılıb.