İsveçrə ABŞ-Rusiya sammiti zamanı Cenevrə hava məkanının müşahidəsinə, həmçinin səmanın mülki aviasiya üçün mümkün bağlanmasına hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bununla bağlı tədbirləri Müdafiə, əhalinin mülki müdafiəsi və idman departamentinin rəsmi nümayəndəsi Florens Frişknext şərh edib.
“Hava məkanının müşahidəsinə hazırlıq gedir. Hazırda biz daha ətraflı məlumat verə bilmirik. Mümkün tədbirlərə hava məkanının müşahidəsi ilə yanaşı, döyüş təyyarələrinin və hava hücumundan yerüstü müdafiə vasitələrinin yerləşdirilməsi, həmçinin səmanın mülki aviasiya üçün istifadəsinin məhdudlaşdırılması daxildir”, -deyə o bildirib.
Qeyd edək ki, ABŞ-Rusiya sammiti iyunun 16-da Cenevrə şəhərində keçiriləcək.