Türkiyə üçün 128 maddədən ibarət yeni Konstitusiya üzərində işləyib, əlavə olunacaqları müzakirə edib yekunlaşdıqda Dövlət bəyə (Dövlət Bahçeli) təqdim edəcəyik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Haber” telekanalına xüsusi müsahibəsində deyib.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının təmsil olunduqları “Cümhur İttifaqı” yeni Konstitusiyanın qəbul olunmasına eyni mövqe nümayiş etdiriblər. İki müttəfiq partiya hesab edir ki, yeni ali qanun geniş ictimaiyyətin müzakirəsi, eləcə də görkəmli hüquqşünas, tarixçi və digər mühüm sahələri təmsil edən mütəxəssislərin iştirakı ilə hazırlanıb ümumxalq səsverməsinə çıxarılmalıdır. Yeni Konstitusiyanın mətni tam hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq.