"Ermənistanın milli borcu ÜDM-nin 63 faizini keçdi"- Ermənistan Mərkəzi Bankı

A- A A+

Koronavirus epidemiyasının yaratdığı iqtisadi böhran vergi gəlirlərinə mənfi təsir göstərib. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, Respublika Mərkəzi Bankının rəhbəri Martın Qalstyan bunu Ermənistan Milli Məclisinin daimi parlament komitələrinin birgə iclasında 2020-ci il dövlət büdcəsinin icrası barədə illik hesabatın ilkin müzakirəsi zamanı bəyan edib.

Onun sözlərinə görə, vergi gəlirləri əvvəlki ilə nisbətən təxminən 5,4 % azalıb. "2020-ci ildə dövlət büdcəsi xərcləri əvvəlki ilə nisbətən 16,3 % artıb",- deyə Mərkəzi Bankın sədri əlavə edib.

Bundan əlavə, 2020-ci ildə böhran əleyhinə tədbirlərin maliyyələşdirilməsi dövlət tərəfindən dövlət borcunun həcmi baxımından planlaşdırılmış məbləğdən çox vəsaitin cəlb edilməsi ilə həyata keçirilib.

“Həyata keçirilmiş maliyyə siyasəti nəticəsində dövlət büdcəsi kəsiri ÜDM-in 5,4 %-nə yüksəlib və ÜDM-ə münasibətdə dövlət borcunun yükü əhəmiyyətli dərəcədə, daha dəqiq olaraq, 13,5 % artıb və 63,5 % -ə çataraq 60 % həddini keçib”,- deyə Qalstyan bildirib.
                            

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: