Müharibədən sonrakı reallıq Ermənistanda kifayət qədər həssas vəziyyət yaradıb. Məğlubiyyətin emosional nəticələri daxili siyasi inkişaflara təsirini göstərməyə davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Past” nəşri yazır.
Nəşr qeyd edir ki, Ermənistan ciddi idarəetmə böhranı qarşısında dayanıb. Qarşıda isə növbədənkənar seçkilərdir.
“Bir çoxlarının fikrincə, müvəqqəti hökumət yaradılsaydı və yalnız vəziyyətin sabitləşməsindən sonra seçkilər baş tutsaydı, daha ideal olardı, lakin sahib olduğumuza sahibik.
Üstəlik nə az, nə çox, 27 partiya iştirak müraciəti edib. Lakin vacib bir özəlliyi nəzərə almaq lazımdır ki, seçkilərə 20 gün qalıb, cəmiyyətin hələ qərar verməmiş hissəsi isə kifayət qədər böyükdür və bu insanların etimadını qazanmaq üçün daxili siyasi sahədə aktiv mübarizə gedir”, - deyə məqalədə bildirilib.