Türkiyənin ilk robot aktrisası Aypera “Contemporary Istanbul” sənət mərkəzində nümayiş etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihəsi “MinT Dizayn Mərkəzi” tərəfindən hazırlanan Ayperanın iştirakı ilə “Digital Human” filmini çəkəcəyini bildirən rejissor və ssenarist Birol Güven robot aktrisanın filmlərdə və reklamlarda çəkiləcəyini, mahnı söyləyəcəyini bildirib. Rejissor layihənin hazırlanmasında əsas məqsədin onu dünyada tanıdaraq, eləcə də ixracatını həyata keçirmək olduğunu deyib.
Robotun hazırlanmasında 15 mütəxəssis iştirak edib.