Türkiyə Prezidenti: “Fatih” kəşfiyyat gəmisi Qara dənizdə yeni təbii qaz ehtiyatı aşkarlayıb

A- A A+

Türkiyənin “Fatih” kəşfiyyat gəmisi Qara dənizdə “Sakarya” yatağındakı “Amasra-1” quyusunda 135 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb. Bununla da Qara dənizdə araşdırma aparan “Fatih” gəmisi tərəfindən aşkarlanan ümumi təbii qaz ehtiyatı 540 milyard kubmetrə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin Zonquldak vilayətindəki Osmanlı sultanı Əbdülhəmid dövrünə aid 150 illik tarixi olan “Filyos limanı”nın rəsmi açılış mərasimində bildirib.

Qeyd edilib ki, Türkiyənin üç böyük limanından biri olan “Filyos” ölkə ixracatına da çox əhəmiyyətli bir töhfə verəcək və boğazların yükünü yüngülləşdirəcək. Liman, eyni zamanda, aşkarlanan təbii qazın quruya bağlanmasında da əhəmiyyətli rol oynayacaq.

Türkiyə Prezidenti, eyni zamanda ilin sonuna qədər ölkə ixracatının 200 milyard dollara çatdırılacağını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: