Ötən gün “Türk Hava Yolları” (THY) aviaşirkəti həyata keçirdiyi 863 uçuşla son 15 ayın rekordunu yeniləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) tərəfindən hazırlanan uçuş trafik hesabatında bildirilir.
Məlumata əsasən, THY ötən gün həyata keçirdiyi 863 reyslə Avropada ən çox səfər edən aviaşirkət statusunu qoruyub.