Ermənistan ordusunda komandir gənc zabiti döyüb.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, ölkə ordusunun hərbi hissələrindən birində komandirin vəzifə səlahiyyətlərini aşması səbəbindən baş verən cinayət nəticəsində tabor komandiri gənc zabiti döyüb.
Xəbərdə bildirilir ki, yeni xidmətə başlayan leytenant Armen Xaçatryan tabor komandirinin qanuna zidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb. Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Xaçatryan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə, hərbi prokurorluğa şikayət edəcəyini bildirib.