Ermənistanın xarici işlər nazirinin istefasından sonra müavinlər də vəzifələrini tərk etməyə başlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ölkənin xarici işlər nazirinin bütün müavinləri istefa ərizəsi yazıblar.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nazir müavinləri istefa ərizələrini ötən həftə müvafiq şəkildə baş nazirin dəftərxanasına göndəriblər.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan, həmçinin müavini Qagik Ğalaçyan və nazirliyin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan mayın 27-də istefa veriblər.