Ermənistan müdafiə nazirliyinin tabeliyində olan iki hərbi hissənin komandiri barəsində xidməti araşdırma başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, istintaq dövründə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna görə, polkovnik Tadevosyan və Qevorkyanın səlahiyyətləri dayandırılıb.