“Ermənistanın Xarici İşlər Nazirliyinin nazirsiz və nazir müavinlərisiz qalması biabırçılıqdır”.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti, “Ermənistan Alyansı” seçki blokunun lideri Robert Koçaryan Sisanda sakinlərlə görüşündə bildirib.
O, ali siyasi rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində dövlət sisteminin kollapsa düşdüyünü bildirib.
Qeyd edək ki, mayın 27-də Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan və iyunun 7-də xarici işlər nazirinin müavinləri tutduqları vəzifədən istefa veriblər.