Rusiyanın Soçi şəhərinin sakini erməni Vartan Koçaryan iki məhkəmə icraçısını qətlə yetirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 60 yaşlı V.Koçaryan Adler rayonunda qanunsuz tikilidən köçürülməsi barədə məhkəmə qərarının yerinə yetirilməsinə nəzarət üçün gələn icraçıları güllələyib. O, bu qərarla razılaşmayıb və müvafiq sənədləri olmayan ov tüfəngindən atəş açıb.
Hadisə ilə bağlı araşdırma aparılır.