NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın müxalif “Adekvat” hərəkatının fəalları ötən gün paytaxt Yerevanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan əleyhinə qeyri-adi aksiya keçiriblər.
Qeyd edilir ki, hərəkatın fəalları hökumət binasının qarşısında yerə "Antinikol" sözlərinin yazıldığı plakatlar yapışdırıblar.
"Əvvəlki aksiyanı Vətəndaş Razılaşması Partiyasının (Nikol Paşinyanın rəhbəri olduğu siyasi təşkilat - red) qərargahı qarşısında keçirdik. Bundan sonra vətəndaşlar bizə müraciət edərək, "antinikol" sözlərinin yazıldığı plakatları verdilər", - aksiyanın fəallarından biri bildirib.
Polis aksiya iştirakçılarının plakatlarını cırıb.