Qarabağdakı keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” , “müdafiə ordusunun” sabiq komandanı Samvel Babayan qalmaqallı açıqlama verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Babayan yerli mediaya müsahibə verərək erməni hərbçilərinin döyüşlərdən kütləvi şəkildə qaçdıqlarını etiraf edib.
"4000 itkidən 1700 nəfərini döyüş meydanında qoyub qaçdıq. Bu idarəolunmazlıqdan xəbər verir. Bu artıq hərbi problemdir",- deyə separatçı Babayan bildirib.
Xatırladaq ki, bu, Babayanın ilk etirafı deyil. Ötən ilin sonunda “Müharibə başlayan kimi Ermənistan hərbi aviasiya sistemlərinin 50 faizini, artilleriyasının isə 40 faizini itirib” deyən keçmiş komandan acizliklərini dilə gətirmişdi.