Ter-Petrosyan Qazaxın işğal altındakı 7 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasını çağırış edib
“Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında Sovet İttifaqı dövründə mövcud olan sərhəd xətti tanınmalıdır.
“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz”.
Faktiki olaraq, Ter-Petrosyan Qazaxın işğal altındakı 7 kəndini və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılmasını çağırış edib.