Misirdə ən qədim pendir aşkarlanıb

A- A A+

Qahirə yaxınlığındakı Sakkara rayonunda yerləşən məzarlıqdakı əşyaları araşdıran italiyalı alimləri orada dünyada ən qədim- 3,2 min yaşı olan pendir aşkar ediblər.

NUHÇIXAN yerli KİV-ə istinadla xəbər verir ki, Qahirə universitetilə birlikdə aparılan araşdırmalara görə, alimlər mal, qoyun və keçi südündən hazırlanan ən qədim pendirin eramızdan əvvəl 1290–1213-cü illərdə istehsal edildiyi qənaətinə gəliblər.

Qeyd olunur ki, qədim misirlilər o dünyanın varlığına inandıqlarından, dəfn olunan adamların yanında məişət əşyaları, yemək, içki və s. basdırırdılar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: