ABŞ-ın "Tesla" şirkəti flaqman elektrik sedanının ən güclü versiyası - Model S Plaid avtomobilinin tədarükünə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, tədarükün başlanmasına həsr olunmuş tədbir Kaliforniya ştatının Frimont şəhərində yerləşən "Tesla" zavodunun yaxınlığında keçirilib.
Yeni elektrik avtomobilinin təqdimatını şirkətin baş direktoru İlon Mask keçirib.
İ.Mask bildirib ki, əvvəlcədən sifariş edilmiş ilk 25 avtomobil artıq sahiblərinə təhvil verilib.