"Twitter" mikrobloqlar xidmətinin işində nasazlıq dünyanın bir sıra ölkələrində müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyin məlumatına görə, bu barədə Downdetector platforması xəbər verib.
Şikayətlərin əksəriyyəti ABŞ və İngiltərədən gəlir.
İstifadəçilər "Android" sistemli və "iPhone" smartfonları, "iPad" planşetlərinin veb sayt və sosial şəbəkənin mobil tətbiqetmələrində olan problemlər ilə üzləşdiklərini bildirib.