Ermənistan silahlı qüvvələrinin Gorus rayonu ərazisində yerləşən hərbi hissələrindən birində daha bir əsgər nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətin qurbanı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki ki, əsgər Maksim Antonyan daha çox xidmət etmiş hərbi qulluqçular tərəfindən edilən təhqirlərə və nalayiq söyüşlərə etiraz etdiyi üçün vəhşicəsinə döyülüb.
Müxtəlif bədən xəsarətləri aldığı üçün tibb məntəqəsinə müraciət etməsinə baxmayaraq o, qorxduğuna görə şikayət etməyəcəyini deyib.
Faktı ört-basdır edən hərbi hissə komandanlığı əsgər M.Antonyanın döyülməsi hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.