Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin ikinci Qarabağ müharibəsindəki itkilərlə bağlı son məlumatı açıqlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mediasına istinadən xəbər verir.
Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayı 3 700 nəfəri ötüb. “Bugünkü günə olan məlumata əsasən müharibədə 3 705 nəfər həlak olub, daha 268 nəfər itkin düşüb”, - deyə baş nazir vəsifəsinin icraçısı seçkiqabağı kampaniya zamanı keçirilən debatda deyib. Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın müharibədəki itkilərinin sayının təxminən 4 000 nəfərə çatacağını deyib.