Xocavənddə erməni hərbçilərin meyiti aşkarlanıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Xocavənddə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin bu günə qədər itkin düşmüş sayılan daha 3 hərbçisinin meyitinin qalıqları tapılıb.

Qeyd edilir ki, meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası aparılacaq. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 579 nəfərə çatıb.

Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: