İran İslam Respublikasında prezident seçkiləri keçirilir

A- A A+

İyunun 18-də İran İslam Respublikasında 13-cü prezident seçkiləri keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səhər saat 7:00-dan başlayaraq məntəqələrdə səsvermə prosesi başlayıb.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi səsvermədə iştirak edib. Mətbuat nümayəndələrinə açıqlama verən Ali Rəhbər bildirib ki, İranın taleyini xalq müəyyən edəcək. İran xalqı səsvermə prosesində fəal olmalı və istədiyi namizədi seçməlidir ki, ölkə inkişaf edərək irəliyə doğru addımlasın.

Bu gün, həmçinin Prezident Həsən Ruhani də səsvermədə iştirak edib. Prezident də xalqı seçkilərdə fəal olmağa çağırıb.

İranın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə 59 milyon 310 min 307 nəfər seçici var. Bu il 1 milyon 392 min 148 nəfər ilk dəfə səsvermədə iştirak edəcək. İranın iri şəhərlərindən olan Tehran, Təbriz, Urmiya, Şiraz və başqalarında seçici fəallığı müşahidə olunur.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq səsvermə məntəqələrində səs verən insanlar arasında sosial məsafənin gözlənilməsi və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: