Afrika ölkələri 2043-cü il üçün vahid valyutaya keçməyi planlaşdırır

A- A A+

2043-cü il üçün Afrika ölkələrinın ümumi mərkəzi bankının yaradilacağı və vahid Afrika valyutasının buraxılacağı planlaşdırılır.

NUHÇIXAN yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə bəyanat verən Misirin Mərkəzi bankının rəhbəri Tarek Amer deyib: “Bunun üçün Afrika ölkələrinin müəyyən iqtisadı və maliyyə göstəricilərinə nail olması və ölkələrin sıx əməkdaşlıq etməsi lazımdır. Afrika qitəsinin bank sahəsində böyük və parlaq gələcəyi var və bu sahədə son illər ərzində inkişaf müşahidə olunur”.

O həmçinin bildirib ki, Afrika Mərkəzi Banklar Assosiasiyasının forumunda səslənən ümumi Afrika mərkəzi bankın yaradılması və vahid valyutanın buraxılması barədə təşəbbüsü bütün Afrika ölkələrinin liderləri dəstəkləməlidir.

Qeyd olunur ki, Afrika Mərkəzi Banklar Assosiasiyası Afrika qitəsinin 40 ölkəsini birləşdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: