Rusiya iyul ayının əvvəlindən başlayaraq Türkiyə ilə aviasiya əlaqəsini bərpa edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Türkiyədə epidemioloji vəziyyətin sabitləşməsi ilə əlaqədar bu ölkə ilə müntəzəm və çarter reyslərinə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi məsələsi müzakirə olunur. Məlumatlı mənbənin verdiyi məlumata görə, yekun qərar riskləri qiymətləndirən Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı tərəfindən veriləcək.
Qeyd edək ki, koronavirusun yayılması səbəbindən Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyə ilə sərnişin aviadaşımalarını məhdudlaşdırıb. Mayın 31-də Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı COVID-19 infeksiyası ilə bağlı ağır epidemioloji vəziyyət səbəbindən Türkiyə və Tanzaniyaya uçuşların dayandırılması barədə qərarını iyunun 21-nə qədər uzadıb.