Rusiyanın Kemerovo vilayətində təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, L-410 təyyarəsi vilayətin Promışlennı rayonunun Juravlyovo kəndi yaxınlığında qəza enişi edib. Nəticədə təyyarədəki 20 nəfərdən 7-si həlak olub, 13 sərnişin yaralanıb.
Qəzadan əvvəl təyyarə pilotlarının mühərriklərdən birində nasazlıq yaranması barədə dispetçerə məlumat verdiyi bildirilir.