İranın Seçki Qərargahının açıqlamasına əsasən, iyunun 18-də keçirilən prezident seçkilərində ümumi səslərin 62 faizini qazanan İbrahim Rəisi prezident seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilkin hesablamalara görə, İbrahim Rəisiyə 17 milyon 600 min nəfər səs verib. Həsən Ruhani yeni seçilən prezident İbrahim Rəisini təbrik edərək ona uğurlar arzulayıb. Səslərin hesablanması prosesi davam edir.