İstanbulda 3,9 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı şəhərin Kartal rayonunda yerləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələ Türkiyə vaxtı ilə saat 15:07-də qeydə alınıb. Dağıntı və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.